Son vaxtlar sosial şəbəkələrdə bəzi dərman peraparatları müxtəlif xəstəliklərin müalicəsi kimi vətəndaşlara tövsiyə edilir. Hətta həmin şəxslərdən məsləhət istəyənlər də az deyil.
Xezerxeber.az-ın xəbərinə görə, vətəndaşlar da bildirir ki, bir çoxu həmin paylaşımlardan xəbərdardırlar. Lakin, həkim məsləhəti ilə dərman qəbul etməyin tərəfdarıdırlar.
Həkimlər də bildirirlər ki, sosial şəbəkələrdə reklam olunan dərmanları alaraq özbaşına istifadə etmək səhhət üçün çox təhlükəlidir.
Adil Qeybulla deyir ki, ümumiyyətlə heç bir dərmanı həkim məsləhəti olmadan qəbul etmək olmaz.
Məsələ ilə bağlı Toksikologiya Mərkəzindən də ''Xəzər Xəbərə'' bildirildi ki, son 2 ayda 50 nəfər dərman zəhərləməsi ilə müraciət edib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.