Xəzər Xəbər

Burun əməliyyatından sonra qadının gözləri çəpləşib VİDEO

Veb TV | 21:44 • 9 İyul 2024
Burun əməliyyatından sonra qadının gözləri çəpləşib

Sumqayıtda fəaliyyət göstərən Liman Klinikasında burun əməliyyatı olan şəhər sakini Nuridə Zülfüqarovanın sonradan gözündə problem yaranıb.

Xezerxeber.az-ın məlumatına görə, Nuridə Zülfüqarova burnundan nəfəs almağında çətinlik yaradan polipi götüzdürmək üçün Liman Klinikasına üz tutub.

Əməliyyatdan sonra onun gözündə çəplik əmələ gəlib. Zərərçəkmiş şəxs sonradan digər həkimlərə də müraciət edib.

Məsələdə adı hallanan həkim Əfqan Ağagülov isə qarşı tərəfi günahlandırır. Onun fikrincə, xəstənin müalicəsi həkimin profilaktikasına görə aparılmayıb. O bildirib ki, əməliyyatdan sonra əgər müalicə onun dediyi kimi aparılsaydı, onda xanım zəif çəplik yaşaya bilərdi ki, müəyyən müddətdən sonra o da aradan qalxacaqdı.

Vətəndaş məsələ ilə bağlı Sumqayıt Şəhər Prokurorluğuna müraciət edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti