Paytaxtın “Hövsan bağları” adlanan ərazisində içməli su problemi yaşanır.
Xezerxeber.az-ın məlumatına görə, sakinlər deyir ki, yaranan problem səbəbindən hər dəfə maşınla su almağa məcbur olurlar.
Sakinlər rəsmi qurumlara müraciət etsələr də, nəticə dəyişməyib. Sakinlər onu da iddia edirlər ki, ümumiyyətlə, hər yay fəslində eyni problemi yaşayırlar.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən ''Xəzər Xəbər''ə bildirildi ki, həmin ərazidə mərkəzləşdirilmiş içməli su şəbəkəsi mövcud deyil. Sakinlər fərdi və primitiv çəkilmiş su xətlərindən istifadə edirlər. Həmin xətlər istismar tələblərinə cavab vermədiyindən suya tələbatın çox olduğu yay aylarında problemlər müşahidə olunur.
O da qeyd olundu ki, perspektiv layihələrdə həmin ərazidə mərkəzləşdirilmiş su şəbəkəsinin yaradılması nəzərdə tutulur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.