Xəzər Xəbər

Bakıda baş həkimin otağı yandırılıb VİDEO

Veb TV | 19:52 • 9 İyul 2024
Bakıda baş həkimin otağı yandırılıb

Bakıdakı 9 saylı Şəhər Poliklinikasının baş həkiminin otağına benzin tökülərək yandırılıb.

Xezerxeber.az-ın məlumatına görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunaraq yanğının nəzarətdən çıxmasının qarşısını alıblar.

Poliklinikada xidmət göstərən tibb işçiləri və yaxınlıqda yaşayanlar hadisənin necə baş verdiyini görmədiklərini, otağın anidən alovlandığını bildiriblər.

İddialara görə, otağı yandıran şəxsin baş həkimlə ədavəti olub.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

TƏBİB-dən bildirilib ki, hadisə saat 14:15 radələrində baş verib. Əraziyə dərhal təcili tibbi yardım briqadası cəlb edilib, xəsarət alan yoxdur. Hazırda araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar