Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında antibiotik inyeksiya edilən qadın həyatını itirib.
Xezerxeber.az-ın məlumatına görə, Hacıqabul sakini, 55 yaşlı İlhamə Rəhimova Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında antibiotik inyeksiya edilib. Bir müddət keçdikdən sonra pasiyent anaflaktik şoka düşərək ölüb.
İlhamə Rəhimova yaxınları iddia edirlər ki, onlar xəstəxanaya gedərkən xəstənin vəziyyəti normal olub. Xəstə xəstəxanaya daxil olarkən digər həkimin yazdığı reseptə uyğun venadaxili injeksiyanın tətbiq olunması xahiş edilib. Növbətçi həkim reseptə baxdıqadan sonra sınaq üçün inyeksiya tətbiq olunub və bundan sonra xəstə analfilaktik şok keçirib. Yaxınları bu halda həkimləri vaxtında müdaxilə etməməkdə ittiham edirlər.
Baş vermiş hadisə ilə bağlı TƏBİB-in tabeleyində fəaliyyət göstərən Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının həkimi Mehdi Balaşov hadisəyə münasibət bildirib.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən isə bildirilib ki, xəstəyə 35 dəqiqə müddətində ürəyin qapalı masajı, oksigen terapiya və digər zəruri yardımlar edilib. Aparılan tədbirlərə və həkimlərin səylərinə baxmayaraq, xəstədə ölüm halı qeydə alınıb. Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.