"COP29 tədbirləri zamanı ölkədə fəaliyyət göstərən məktəblərin işində fasilə yaranması ilə bağlı hazırda hər hansı bir qərar yoxdur".
Xezerxeber.az-ın məlumatına görə, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov keçirdiyi brifinqdə deyib.
Direktor müavini uşaq bağçalarına qəbul üçün qeydiyyatın gələn həftədən başlayacağını da açıqlayıb.
O da qeyd edilib ki, bu il 100 bağçada monitorinqin keçirilməsi nəzərdə tutulur. Bağçalarda çalışan təhsilverənlərin isə ilin sonuna kimi diaqnostik qiymətləndirməsi keçiriləcək.
Məktəbəhazırlıq qruplarına gəldikdə isə, qeyd edilib ki, artıq ölkə üzrə bu qrupların əhatəliliyi 90%-ə çatıb. Bu tədris ilində 88 min nəfərin məktəbəhazırlıq qruplarına başlaması gözlənilir.
Brifinqdə o da bildirilib ki, Laçın rayonunun Sus və Zabux kəndlərində uşaq bağçalarının açılması planlaşdırılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.