"Son 2 gün ərzində vətəndaşların bank kartından 90 min manata yaxın pul kiberdələduzlar tərəfindən oğurlanıb".
Bu sözləri "Xəzər Xəbər"ə müsahibəsində Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəsmisi Ağgül Həmdizadə deyib.
Onun sözlərinə görə, kiberdələduzlar tərəfindən vətəndaşlara qarşı əsasən mesajlaşma tətbiqləri - "VVhatsApp", "Telegram" vasitəsilə dələduzluq həyata keçirilir.
Nazirlik rəsmisi deyir ki, vətəndaşlar naməlum şəxslərlə danışarkən diqqətli olmalıdırlar.
Araşdırmalar göstərir ki, belə oğurluq halları bank kartı məlumatları aldadılıb alınmaqla törədilir. Odur ki, Daxili İşlər Nazirliyi vətəndaşları bir daha şəxsi məlumatlarını tanımadıqları şəxslərlə paylaşmamağa çağırır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.