Xəzər Xəbər

XİN Ermənistanla müxtəlif istiqamətlərdə danışıqların davam etdiyini AÇIQLADI VİDEO

Veb TV | 22:00 • 8 İyul 2024
XİN Ermənistanla müxtəlif istiqamətlərdə danışıqların davam etdiyini AÇIQLADI

''Ermənistan konstitusiyasında hələ də Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəalar qalmaqdadır, addım atmaqlarını gözləyirik''.

Bunu Xarici İşlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. Nazir bldirib ki, Emənistanla müxtəlif istiqamətlərdə danışıqlar davam edir və sülh gündəliyi ilə bağlı Azərbaycan ötən ayın sonunda qarşı tərəfə təkliflər göndərib.

Nazir daha sonra İran-Azərbaycan münasibətlərindən danışıb. Qeyd edib ki, Azərbaycan İranın yeni Prezidentinin fəaliyyəti dövründə münasibətlərin daha da inkişaf etdiriləcəyini gözləyir.

Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşünə də toxunan nazir, bu tədbirin çox böyük tarixi mənasının olduğunu bildirib. Vurğulayıb ki, Azərbaycanın prioritet məsələlərindən biri Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığı inkişaf etdirməkdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti