Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi olduqca əhəmiyyətli hadisədir. Məkan olaraq Şuşanın seçilməsi isə özündə mühüm çağırışları ehtiva edir.
Xezerxeber.az-ın xəbərinə görə, politoloq Züriyə Qarayeva bildirib ki, Prezident İlham Əliyev diqqəti əsasən Türk Dövlətləri Təşkilatının gələcək fəaliyyətinin genişləndirilməsi, beynəlxalq nüfuzunun artırılması istiqamətində atılacaq addımlara yönəltdi.
Politoloq görüşdə imzalanan Qarabağ bəyannaməsinə də diqqət çəkib. Bildirib ki, bu bəyannamə, siyasi, iqtisadi, nəqliyyat, müdafiə, humanitar, təhsil və mədəni sahələrdə əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayır. Bu, Türk dövlətləri arasında birgə inkişaf və strateji tərəfdaşlıq üçün əhəmiyyətlidir.
Bir sözlə imzalanan Qarabağ Bəyannaməsi, qəbul edilən qərarlar Türk dünyasının həmrəyliyini, eyni zamanda da Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.