Kondisioner təmiri ilə bağlı ustalara müraciət artıb.
Xezerxeber.az xəbər verir ki, havaların istiləşməsi sərinləndiricilərin problemlərini üzə çıxarıb. Kondisioner təmiri ilə məşğul olan şəxslərin sözlərinə görə, bu avadanlıq soyuq havalarda çox istifadə edilmir.
Yay fəslində işə salındığı zaman isə bir sıra problemlər üzə çıxır.
Təmir qiymətləri sərinləndiricilərin ölçüsünə görə dəyişir.
Qeyd edək ki, satışda qiymətləri 350 manatdan başlayaraq 3000 manata qədər kodisionerlər var.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.