Binanın damında talvar vurarkən yıxılaraq öldü...
Xezerxeber.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, general Şıxlınski küçəsində baş verib.
1981-ci il təvəllüdlü Qaraşov Teymur Vaqif oğlu yaşadığı mənzilin damında talvar vurarkən yıxılaraq dünyasını dəyişib.
Ehtimal edilir ki, o damda olarkən ayağındakı çəkələk sürüşüb və yıxılıb. Qonşular ekran qarşısına çıxaraq müsahibə vermək istəməsələr də, mərhumu xoş xasiyyətli bir insan kimi xarakterizə etdilər. Belə ki, onun pis vərdişləri olmayıb. Anası vəfat etdiyindən evdə tək yaşayırmış.
Vəfat edən şəxs səhər saatlarında marketə gedib, daha sonra qonşularla görüşüb. Saat təxminən 13:00 radələrində onun damdan aşağı düşərək öldüyünü görüblər.
Qonşular onu da qeyd etdilər ki, mərhum epilepsiya və şəkərli diabetdən əziyyət çəkirmiş.
Baş vermiş hadisə ilə bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.