Xəzər Xəbər

Yeni qüvvəyə minən Rəqabət Məcəlləsi qiymətləri ucuzlaşdıracaq? VİDEO

Veb TV | 21:20 • 6 İyul 2024
Yeni qüvvəyə minən Rəqabət Məcəlləsi qiymətləri ucuzlaşdıracaq?

Azərbaycanda rəqabət mühitini tənzimləyən yeni sənəd - Rəqabət Məcəlləsi qüvvəyə minib.

Xezerxeber.az-ın xəbərinə görə, ekspertlər hesab edirlər ki, Məcəllənin qəbulu istehlak bazarında rəqabəti gücləndirəcək, bir sıra ərzaq və digər idxal məhsullarının qiyməti ucuzlaşacaq.

İqtisadçı Eyyub Kərimli deyir ki, iyulun 1-dən etibarən qüvvəyə minən Rəqabət Məcəlləsi orta müddətli dövrdə istehlak bazarında yeni qiymətlər formalaşdıracaq.

İqtisadçı hesab edir ki, qiymət dəyişikliyi bir müddət sonra daha aydın müşahidə olunacaq.

Ekspert onu da qeyd edib ki, Məcəllənin qəbulu xüsusən də kiçik və orta sahibkarlar üçün yeni imkanlar yaradacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti