Onkoloji xəstə olan şəxsin pulunun oğurlandığı iddia olunur.
Xezerxeber.az xəbər verir ki, dələduzlar Pirşağı sakini Kərimov Şəfaqətin adına yığılan pula göz dikib, onun əməliyyat pulunu mənimsəyiblər.
Şəfaqət Kərimov bir dəfə əməliyyat keçirib, yenidən əməliyyat üçün göstəriş verilib, amma lazımi məbləğ əllərində olmadığına görə xəstənin həyatı təhlükə altındadır.
Heç bir sosial şəbəkədə kart hesabları paylaşılmayan xəstə Şəfaqət Kərimovun ailəsinin iddiasına görə, hətta pulu oğurlayanın kimliyi də onlara məlumdur.
İndi qalır məsələnin hüquqi yolla həlli...
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətindən bildirilib ki, hadisə ilə bağlı toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Zəruri istintaq araşdırmaları davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.