Xəzər Xəbər

Dövlət qulluğuna qəbul imtahanında səhv suallar olub? - ŞİKAYƏT və RƏSMİ CAVAB VİDEO

Veb TV | 19:50 • 5 İyul 2024
Dövlət qulluğuna qəbul imtahanında səhv suallar olub? - ŞİKAYƏT və RƏSMİ CAVAB

Dövlət qulluğuna qəbul olmaq üçün imtahan verən şəxs sualların çətin, bəzilərinin isə səhv olduğunu iddia edir.

Xezerxeber.az-ın məlumatına görə, söhbət iyun ayının 30-da keçirilən dövlət qulluğuna qəbul imtahanından gedir.

İmtahanda iştirak edən Səxavət Nəsirov deyir ki, bəzi sualların ötən imtahanlara nisbətən qəliz, bəzilərinin isə səhv olması ona və digər namizədlərə çətinlik yaradıb.

Onun sözlərinə görə, sual kitabçalarının iştirakçılara verilməməsi də onları qane etməyən məqamlardandır. Çünki kitabçalar verilmədiyindən suallardakı səhvi sübut etmək çətin prosesə çevrilir.

İddialara Dövlət İmtahan Mərkəzindən münasibət öyrənmişik. Qurumun sektor müdiri Xanlar Xanlarzadə "Xəzər Xəbər"ə açıqlamasında deyib ki, imtahan sualları elmi metodiki araşdırmalar əsasında hazırlanır.

Sualların səhv olması ilə bağlı iddialara gəlincə, Xanlar Xanlarzadə hazırda müraciətlərin araşdırıldığını deyib.

Xanlar Xanlarzadə onu da əlavə edib ki, sual kitabçalarının imtahan iştirakçılarına verilməsi dünya təcrübəsində yoxdur. Bundan əlavə, bu il qeyd olunan sual növbəti imtahan kitabçalarında da yer ala bilər. Bu səbəbdən də kitabçaların iştirakçılara verilməsi məqsədəuyğun hesab olunmur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti