Sabirabadda gənc ana qeysəriyyə əməliyyatından sonra dünyasını dəyişib.
Xezerxeber.az-ın məlumatına görə, onun yaxınları deyir ki, rayonun Sarxanbəyli kənd sakini, 24 yaşlı Günel Vəliyeva iyunun 20-də xəstəxanaya müraciət edib. Ona bir neçə gün xəstəxanada qalaraq həkim nəzarəti altında müalicəsinin davam etdirilməsi məsləhət görülüb. Lakin 24 iyun axşam saat 22:00 radələrində xəstədə qanaxma baş verdiyindən əməliyyata götürülüb. Bir gün sonra isə dünyasını dəyişib.
Dünyaya gələndən xəstəxanada xüsusi rejimdə saxlanılan körpə isə dünən dünyasını dəyişib. Yaxınları iddia edirlər ki, hər iki ölüm barədə hələ də onlara ətraflı məlumat verilməyib.
Həkimlər isə 24 yaşlı Günel Vəliyeva və onun körpəsinin ölümü ilə bağlı səsləndirilən ittihamları əsassız sayırlar.
Hər iki ölüm faktı ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.