Xəzər Xəbər

Minaya düşən şəxs magistraturaya qəbul oldu VİDEO

Veb TV | 20:41 • 4 İyul 2024
Minaya düşən şəxs magistraturaya qəbul oldu

Bu ilin fevral ayında minaya düşən, nəticədə sol ayağı topuqdan amputasiya olunan Həsənəli Əlizadə magistraturaya qəbul olub.

Xezerxeber.az-ın məlumatına görə, müsahibimiz 23 yaşlı Həsənəli Əlizadə bu ilin fevralın 4-də I cəhd magistraturaya qəbul imtahanına bir həftə qalmış Tərtərdə minaya düşsə də, II cəhd magistratura imtahanında iştirak edərək 65 bal toplayıb.

Həsənəli Əlizadə həmin günlərdə yaşadıqlarını "Xəzər Xəbər"lə bölüşüb.

Həsənəli Əlizadə deyir ki, minaya düşdükdən və sol ayağı topuqdan amputasiya olunduqdan sonra çoxları onun təhsillə bağlı planlarını yarımçıq qoyacağını düşünüb.

Xatırladaq ki, Həsənəli Əlizadə 2022-ci ildə Bakı Dövlət Universitetinin Politologiya ixtisasını ortalama 90 balla bitirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar