Xəzər Xəbər

Azərbaycan-Çin münasibətlərində yeni mərhələ başlayır VİDEO

Veb TV | 21:37 • 4 İyul 2024
Azərbaycan-Çin münasibətlərində yeni mərhələ başlayır

Azərbaycan-Çin münasibətlərində yeni mərhələ başlayır. İki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair qəbul edilmiş birgə bəyannamə Azərbaycan-Çin münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir.

Xezerxeber.az-ın məlumatına görə, Azərbaycanın xarici siyasəti yalnız qərblə deyil, Asiya regionu ilə də münasibətlərin uğurlu inkişafı, Çin, Rusiya, Pakistan, Mərkəzi Asiya ölkələri ilə əlaqələrin möhkəmləndirilməsinə yönəlib. Bir müddət əvvəl bəzi Qərb dairələri, xüsusilə Fransa Azərbaycanın qlobal proseslərdən təcrid edilməsi istiqamətində iş aparmağa çalışdılar, lakin bütün cəhdlər iflasa uğradı. Bu gün Azərbaycan Avropa, ABŞ ilə yanaşı, həm də Çin, Rusiya, Mərkəzi Asiya ölkələri və s. ilə əlaqələrini inkişaf etdirir və möhkəmləndirir.

İki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına dair qəbul edilmiş birgə bəyannamə Çin mediasının da gündəminə çevrilərək ölkə ictimaiyyətinə geniş şəkildə çatdırılıb.

Ekspertlər də iki ölkə arasındakı birgə bəyannaməni siyasi, iqtisadi və digər əlaqələr baxımından mühüm hesab ediblər.

Qeyd edək ki, tərəflər iqtisadi-ticari əməkdaşlığının inkişafı üçün nəqliyyat və kommunikasiya, yaşıl enerji, emal və istehsal, infrastruktur, rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı və s. sahələrdə layihələrə diqqət yetirir. Bununla yanaşı, Çin "Bir kəmər, bir yol" çərçivəsində əməkdaşlığı dərinləşdirməyi vacib hesab edir, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin tikintisində və istismarında da fəal iştirak edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti