Xəzər Xəbər

Cavanşir körpüsündə işlər nə yerdədir? VİDEO

Veb TV | 19:34 • 4 İyul 2024
Cavanşir körpüsündə işlər nə yerdədir?

Cavanşir körpüsü artıq tarixə qovuşub. İndi hər kəsi maraqlandıran suallardan biri körpünün yerində inşa ediləcək yolun nə zaman istifadəyə verilməsidir. Bəs hazırda həmin ərazidə işlər hansı mərhələdədir? Ora üçün konkret layihə varmı və həmin layihədə nələr nəzərdə tutulub?

Xezerxeber.az-ın məlumatına görə, ərazidə bir tərəfdə yol yatağı hazırlanır, digər tərəfdə isə ehtiyat elektrik naqillərinin keçirilməsi üçün borular çəkilir.

Demək olar ki, artıq körpünün bütün tullantıları daşınıb və təmizlik işləri davam edir.

Bütün işlər ətrafda olan yaşıllığa zərər vermədən aparılır. Burada bir neçə metrlik ərazidə birqat yol yatağının inşası yekunlaşıb. Asfaltlanma üçün hazırlıqlar gedir.

Məlumata görə, hazırda ərazidə infrastrukturun qurulması üçün bir neçə layihə təqdim edilib. Onlardan ən optimalı bu yaxınlarda qəbul edilib və işlər həmin layihəyə uyğun aparılır.

Burada yaşıl zonanın, həmçinin bulvar istiqamətində də rahat hərəkət üçün əlavə keçidlərin olması nəzərdə tutulur. Bütün işlərin növbəti 3 ay ərzində yekunlaşdırılması hədəflənir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti