Xəzər Xəbər

Bakıda 160 ədəd elektrik mühərrikli avtobus xəttə buraxılacaq VİDEO

Veb TV | 19:51 • 4 İyul 2024
Bakıda 160 ədəd elektrik mühərrikli avtobus xəttə buraxılacaq

Bakıda bu il ərzində 160 ədəd elektrik mühərrikli avtobus xəttə buraxılacaq.

Bu barədə məlumatı ''Xəzər Xəbər''ə müsahibəsində ''Baku Bus'' MMC-nin idarə heyətinin sədri Hikmət Qəmbərov deyib.

O bildirib ki, avtobusların alınması üçün Çinin böyük şirkətlərindən biri ilə saziş imzalanıb. Hikmət Qəmbərov qeyd edib ki, ekoloji təmiz avtobusların bir qismi bu ilin avqustuna qədər ilkin olaraq şəhərin mərkəzində sərnişindaşımada istifadəyə veriləcək.

Pilot layihədə 160 ədəd elektrik mühərrikli avtobusla yanaşı, 100 ədəd enerjidoldurma aparatı da alınacaq. ''Baku Bus'' MMC-nin idarə heyətinin sədri deyib ki, həmin avtobuslar sınaqdan keçirilib.

Hikmət Qəmbərov onu da əlavə edib ki, yaxın gələcəkdə Azərbaycanda elektrikli avtobuslar istehsalı olunacaq. İstehsalda say artdıqca mərhələli şəkildə paytaxtın qəsəbələrinə hərəkət edəcək avtobuslar da elektrikli olacaq.

Sumqayıt Kimya Sənaye Parkında tikiləcək zavodun investisiya həcmi 34 mln. dollardır. Layihə çərçivəsində 800 yeni iş yerinin yaradılması da planlaşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar