Xəzər Xəbər

Məişət zorakılığından zərər çəkənlər üçün yardım mərkəzləri yaradılıb VİDEO

Veb TV | 20:09 • 2 İyul 2024
Məişət zorakılığından zərər çəkənlər üçün yardım mərkəzləri yaradılıb

Məişət zorakılığından zərər çəkənlər üçün yardım mərkəzləri yaradılıb.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin departament müdiri Fərhad Allahverdizadə deyib.

O bildirib ki, sosial sifarişlər əsasında Bakıda və Gəncə şəhərlərində məişət zorakılığından əziyyət çəkən insanlar üçün yardım mərkəzləri yaradılıb.

Layihənin məqsədi məişət zorakılığından zərər çəkmiş şəxslərin rifahının yaxşılaşdırılması, hüquqlarının qorunmasıdır.

Qeyd edək ki, mərkəzlərdə zərərçəkmiş şəxslərin məxfiliyi tam qorunur.

Fərhad Allahverdizadə deyib ki, yaradılan mərkəzdə infrastruktur müasir standartlara cavab verir. Eyni zamanda burada qalan şəxslər günboyu 3 dəfə qida ilə təmin edilirlər.

Departament müdiri onu da əlavə edib ki, məişət zorakılığından əziyət çəkən şəxslər üçün gələcəkdə digər şəhər və rayonlarda da belə mərkəzlər yaradılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti