Mənzil bazarında qiymətlərdə kəskin artım müşahidə olunur.
Xezerxeber.az-ın məlumatına görə, Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, ötən il 100 min manata köhnə tikilidən satılan mənzil indi 109 min manata, yeni tikilidən 100 min manatlıq mənzili isə indi 112 min manata təklif edilir. Qiymət artımı yeni tikililərdə 1 otaqlı, köhnə tikililərdə isə 2-3 otaqllı mənzillərində daha çoxdur.
Vüqar Oruc bildirib ki, mənzil bazarında qiymətlər artan tendesiya ilə formalaşıb və bu ənənə illərdir davam edir. Qiymətlərin artma səbəbi isə hər dövr üçün müxtəlifdir. Bura tikinti materiallarının qiyməti, bazara marağın artması və digər amillər təsir edir.
Vüqar Orucun sözlərinə görə, ilkin və təkrar satışa çıxarılmış mənzil bazarında müşahidə olunan artım hələ davam edəcək. Buna səbəb isə daşınmaz əmlakın investisiya cazibədarlığının yüksəlməsi faktorudur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.