Ağsu rayonunun Ağabəyli kəndində 4 gün əvvəl yağan intensiv yağışın yaratdığı fəsadlar hələ də aradan qaldırılmayıb.
"Xəzər Xəbər"ə müraciət edən sakinlərin sözlərinə görə, yağışlardan sonra bəzi evlər yaşayış üçün əlverlişli deyil.
Kənd icra nümayəndəsi Araz Rəhimov "Xəzər Xəbər"ə bildirib ki, artıq həyatyanı və kəndarası su arxlarının təmizlənməsinə başlanılıb. İşlərin sona çatdırılmasıına isə əlverişsiz hava şəraiti imkan verməyib. Hava şəraiti imkan verən kimi tədbirlər davam etdiriləcək.
Bir neçə gün öncə yağan güclü yağışlar səbəbindən Hacıqabul rayonunda Pirsaat çayından sel keçməsi nəticəsində isə Qubalıbaloğlan kəndində yerləşən Pirsaat su anbarı daşıb. Hazırda bir çox ərazilərdən sular çəkilsə də, bəzi həyətlərdə eyni vəziyyət hələ davam edir. Sakinlər deyirlər ki, bir sıra evlərin zirzəmiləri su içində, həyətlər isə selin gətirdyi palçığın əhatəsində qalıb.
Məsələ ilə bağlı Hacıqabul Rayon İcra Hakimiyyətindən bidirilib ki, eyni problemin yenidən yaşanmaması üçün hazırda Pirsaat çayında dibdərinləşdirmə işləri aparılır. Əraziyə texnikalar və canlı qüvvə cəlb edilib. Aidiyyəti üzrə digər tədbirlər də görülür və işlər davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.