Xəzər Xəbər

Hərbi xidmətə çağırılanların yekun tibbi müayinəsi necə aparılır? VİDEO

Veb TV | 21:50 • 1 İyul 2024
Hərbi xidmətə çağırılanların yekun tibbi müayinəsi necə aparılır?

Bu gündən həqiqi hərbi xidmətə çağırılanların yekun tibbi müayinəsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir.

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədr müavini Ramin Rzayev "Xəzər Xəbər"ə bildirib ki, Prezidentin müvafiq fərmanına əsasən, yekun müayinə bir sıra kateqoriylar üzrə aparılır.

Çağırışa cəlb olunan şəxlər müayinədən keçmələri üçün tibb müəssisəsinə elektron qaydada yönləndirilirlər.

Ramin Rzayev onu da vurğulayıb ki, əvvəlki illərdə hərbi xidmətə yararsızlıq barədə qərar qəbul olunmuş şəxslərin möhlət müddəti bitəndə onlar təkrar hərbi həkim komissiyaları tərəfindən müayinə ediləcəklər. Çağırışçılar müayinədən keçdikdən sonra nəticələr elektron qaydada Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin elektron sisteminə yüklənəcək.

Onu da bildirək ki, çağırışçı yekun tibbi müayinəyə dair qəbul edilmiş qərarla razılaşmadığı halda, aidiyyəti qurumların təmsil olunduğu Apellyasiya Şurasına müraciət edə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar