Bu məktəbdə gələn tədris ilindən günəş enerjisindən istifadə ediləcək.
Xezerxeber.az xəbər verir ki, Goranboyun Eyvazlılar kənd orta məktəbində 80 ədəd günəş paneli quraşdırlıb. Kənd məktəbində ilk dəfə reallaşan layihəni Elm və Təhsil Naziriliyi və BP şirkəti birgə həyata keçirir.
Bununla məktəb həm enerji ilə, həm də istiliklə təmin ediləcək. İşlərin yaxın vaxtlarda tamamlanması planlaşdırılır.
Yaşıl dünya naminə həmrəylik ilində kənd məktəbində reallaşan bu layihə şagirdlərlə yanaşı, müəllimləri də sevindirir.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən "Xəzər Xəbər"ə bildirilib ki, Eyvazlılar kənd ümumi orta məktəbində günəş enerjisindən 2024-2025-ci tədris ilindən etibarən istifadə ediləcək.
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.