Xəzər Xəbər

Son vaxtlar yeni tikilən binalarda liftin qırılmasına səbəb nədir? – ARAŞDIRMA VİDEO

Veb TV | 21:39 • 30 İyun 2024
Son vaxtlar yeni tikilən binalarda liftin qırılmasına səbəb nədir? – ARAŞDIRMA

Xətai rayonu Xudu Məmmədov küçəsində liftin qırılması nəticəsində 7 nəfər müxtəlif dərəcəli xəsarətlər aldılar...

Xezerxeber.az xəbər verir ki, paytaxtın Nərimanov rayonu, A.Nematulla küçəsi ərazisindən lift qırılıb. 5 nəfər qadın xəsarət alıb. Hər iki hadisə son 2 həftə içərisində baş verib. Qırılan liftlər köhnə liftlər deyil, yeni tikili binaların liftləri olub.

Əmlak eksperti Elnur Fərzəliyev bildirir ki, yeni tikili binalar inşa olunub bitdikdən sonra vətəndaşlar öz mənzillərini təmir edərkən, daha çox tikinti materiallarını vətəndaşlar üçün ayrılmış liftlər vasitəsilə mənzillərə daşıyırlar ki, bu da liftlərin daha qısa müddətdə sıradan çıxmasına səbəb olur.

Ekspert bildirdi ki, adətən əksər hallarda tikinti şirkətlərinin böyük hissəsi liftlərə xidmət edən şirkətlərlə müqavilə bağlamır.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti