Xəzər Xəbər

Abşeron rayonunda müəyyənləşən torpaq sahələrinin normativ qiyməti hansı ərazilərə aiddir? VİDEO

Veb TV | 21:45 • 30 İyun 2024
Abşeron rayonunda müəyyənləşən torpaq sahələrinin normativ qiyməti hansı ərazilərə aiddir?

Abşeron rayonunda torpaq sahələrinin normativ qiyməti ayrıca müəyyən ediləcək.

Xezerxeber.az xəbər verir ki, Nazirlər Kabineti 27 aprel 1998-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə"də dəyişiklik edib.

Qərara əsasən, Abşeron rayonunda torpaq sahələrinin normativ qiyməti ayrıca müəyyən ediləcək. Bu baxından rayon 3 zonaya bölünüb. Əmlak məsələləri üzrə ekspert Firdovsi Xəlilov bildirib ki, qərar sözügdən ərazilərdə süni qiymət artımlarının qarşısını alacaq.

Firdovsi Xəlilov bildirib ki, hazırkı qərar bir müddət əvvəl qəbul olunan qərarla əlaqəli deyil.

Ekspert Abşeron rayonunun 3 zonaya bölünməsinin qiymətlərə təsirindən də danışıb.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti