Xəzər Xəbər

Sabahdan taksi fəaliyyətində yeni era BAŞLAYIR VİDEO

Veb TV | 21:30 • 30 İyun 2024
Sabahdan taksi fəaliyyətində yeni era BAŞLAYIR

Sabahdan buraxılış tarixi 15 ildən artıq müddəti keçən avtomobillərdən taksi fəaliyyəti kimi istifadə oluna bilməz.

Xezerxeber.az-ın xəbərinə görə, belə ki, yeni qaydalara əsasən, taksi minik avtomobili vasitəsilə sərnişindaşımalarla məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar müvafiq icazələr əsasında fəaliyyət göstərməlidirlər. Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitəsinə buraxılış kartı verilməyəcək.

Taksi sifarişi operatorları icazəsi olmayan minik avtomobilinin sürücüsünə sifariş ötürə bilməzlər. Bunu edən taksi operatorları İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələnəcəklər.

Yerlərdə isə fiziki olaraq əməkdaşlar tərəfindən buraxılış kartlarının yoxlanılması  həyata keçiriləcək. Taksi fəaliyyətinə dair nəzarət mexanizminin həyata kecirilməsi üçün "AYNA" informasiya sistemində "E-taksi" alt sistemi yaradılıb.

Hazırda operatorlar adsızlaşdırılmış məlumatları real vaxt rejimində həmin sistemə ötürürlər. Bu günə kimi isə taksi fəaliyyəti göstərmək üçün 10.000-dən çox sürücüyə buraxılış kartı verilib.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar