Erməni din adamlarına xas xüsusiyyətlə erməniləri sülhə deyil ədavətə çağıran, delimitasiya işlərinə qarşı çıxmağa səsləyən arxiyepiskop Baqrat Qalstanyan indi də Zəngəzurda peyda olub.
Xezerxeber.az-ın xəbərinə görə, Ermənistan baş naziri Nikol Paşinyanın delimitasiyanın növbəti mərhələsinin Zəngəzurdan başlaya biləcəyini deməsindən sonra 3 gündür bölgədə sakinlərlə görüşür. Mübarizəsindən geri çəkilməyəcəyini bildirir.
İndi də öz aləmində delimitasiyanın növbəti mərhələsinə mane ola biləcəyini düşünür.
Azərbaycan Ermənistana düşünməyə də, ölçüb-biçməyə də, hazırlaşmağa, ümumiyyətlə bu prosesləri həyata keçirməyə kifayət qədər vaxt verib. Artıq tələblərin yerinə yetirilməsinin vaxtıdır.
Hərbi-siyasi ekspertin Ədalət Verdiyevin sözlərinə görə, əks halda Baqrat Qalstanyanın həyata keçirdiyi bu pozuculuq hərəkətləri Ermənistan üçün növbəti fəlakət ola bilər.
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.