Sabahdan həvəskar balıqçılar üçün balıq ovuna qoyulan müvəqqəti qadağa bitir.
Xezerxeber.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qərarı ilə may ayından başlayaraq qadağan olunub. Səbəb isə balıqların kürütökmə dövrü ilə əlaqədardır. Ancaq sabahdan həvəskar balıqçılara balıq ovlamağa icazə veriləcək.
Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının müdiri Süleyman Süleymanov deyir ki, həvəskar balıqçılar üçün qadağa bitsə də, əməl etməli olduqları qaydalar var. Belə ki, həvəskar balıqçılar öv üçün düzgün ərazi seçməlidirlər.
Süleyman Süleymanov deyir ki, artıq bir çox balıqlar kürülərini tökdüyündən həvəskar balıqçıların ovu gələcəkdə balıq ehtiyatının azalmasına təsir göstərməyəcək. Lakin Xəzər dənizində adı qırmızı kitaba düşmüş bəzi balıqlar da var ki, onları ovlamaq qadağandır.
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.