Çətənə kolları yetişdirməkdə şübhəli bilinən iki qardaş saxlanılıb.
Xezerxeber.az xəbər verir ki, əməliyyatı Sabirabad polisi keçirib. Keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Nurlan Əliyev və qardaşı Dilavər saxlanılıblar.
Onların yaşadıqları ünvanlara keçirilən baxış zamanı Nurlan Əliyevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilən, çəkisi 45 kiloqram olan 128 ədəd çətənə kolu və 100 qrama yaxın marixuana, Dilavər Əliyevin həyətindən isə çəkisi 32 kiloqram olan 39 ədəd çətənə kolu və 4 kiloqram marixuana aşkarlanıb.
Cəlilabad polisi isə narkotik vasitə qarşılığında kuryerlik etməkdə şübhəli bilinən şəxsi saxlayıb.
Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirlər ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Xalid Şükürov saxlanılıb. Ondan 11 kiloqram marixuana, 3 kiloqram heroin, həmçinin tiryək, metamfetamin və 100 ədəd metadon həbi aşkarlanıb. Araşdırmalarla onun narkotik vasitə qarşılığında İranda yaşayan narkotacir tərəfindən kuryerliyə cəlb edildiyinə əsaslı şühələr müəyyən edilib.
Məhkəmənin qərarı ilə Xalid Şükürov barəsində həbs qətimkan tədbiri seçilib.
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.