Xəbər verdiyimiz kimi, MSK növbədənkənar parlament seçkilərinə rəsmən start verib.
Deputatlığa namizədlərin qeydə alınması üçün sənədlərin təqdim edilməsi iyulun 13-dən başlayaraq avqustun 2-si saat 18:00-dək davam edəcək.
Seçkiqabağı təşviqatın aparılmasına 9 avqustda başlanacaq, 31 avqust saat 8:00-da seçkiqabağı təşviqat dayandırılacaq.
Sədr Məzahir Pənahov bildirib ki, Milli Məclisə növbədənkənar seçkilərdə siyasi partiyaların iştirakı geniş olacaq, və seçki məntəqələri sentyabr 1-dək tam hazır vəziyyətə gətiriləcək.
Bu arada avqustun 22-dək parlament seçkiləri ilə əlaqədar Azərbaycanın bütün seçki dairələrində müşahidələrin aparılması üçün müraciətlər qəbul ediləcək.
O cümlədən beynəlxalq təşkilatlar da dəvət ediləcək.
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.