Bakıda iki binanın sakinləri evlərinə avtomobillə gəlib-getməkdə çətinlik çəkirlər.
Xezerxeber.az xəbər verir ki, bura Nizami rayonu Bəhruz Nuriyev küçəsində yaşayış binasının qarşısıdır.
Metronun ''Xalqlar'' dostluğu stansiyasının yaxınlığında, bina 24 və 26-da yaşayan sakinlər iddia edirlər ki, başqa şəxslərin öz avtomobillərini bu həyətdə saxlaması giriş-çıxışa ciddi mane olur.
Sakinlər deyir ki, binanın həyətində avtomobil saxlayanların əksəriyyəti yaxınlıqdakı ticarət obyektinin işçiləri və müştəriləridir.
Bəs qanun nə deyir?
Sakinlər rahat giriş-çıxışı təmin etmək üçün hansı quruma müraciət etməlidirlər?
Hüquqşünas Kamandar Hüseynov deyir ki, ən optimal variant odur ki, bina sakinləri özləri mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini formalaşdırsınlar. Bundan sonra həm binanın, həm də həyətin idarəçiliyini onlar həyata keçirəcəklər.
Hüquqşünas onu da əlavə etdi ki, çoxmənzilli binaların həyətində kənar şəxslərin dayanacaq kimi istifadə etməsi qanunla qadağandır.
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.