Dünən axşam saatlarında iri qaya parçalarının bağladığı Lahıc -İsmayıllı yolunda hərəkət hələ də bərpa edilməyib. O, istiqamətdə gedənlər yolda gözləyirlər.
Xezerxebr.az xəbər verir ki, yolda hazırda qaya parçalarının təmizlənməsi işləri gedir. Əraziyə xüsusi texnika və işci quvəsi cəlb olunub.
Lahıc-Dəmirçi-Şamaxı avtomobil yolu da yararsız hala düşüb. Aramsız yağan yağışlardan sonra yolda çökmələr yaranıb. Yolda bəzi yerlərdə 50-60 santimetr dərinliyində çatlar əmələ gəlib. Bundan əlavə, 30-a yaxın yarğan da yaranıb. Ən təhlükəli hal yolun Lahıc qəsəbəsinə çatan hissəsində müşahidə olunur.
Ərazidə çökmənin sayı çox olduğundan təhlükəli vəziyyət var.
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.