Xəzər Xəbər

Bakıda yeni salınacaq parka görə evlərin sökülməsinə BAŞLANDI VİDEO

Veb TV | 21:25 • 28 İyun 2024
Bakıda yeni salınacaq parka görə evlərin sökülməsinə BAŞLANDI

Paytaxt ərazisində yeni istirahət zonası salınacaq.

Xezerxeber.az xəbər verir ki, artıq bununla bağlı  işlərə start verilib. Ərazidə qəzalı vəziyyətdə olan bir neçə ev sökülüb.

Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov "Xəzər Xəbər"ə bildirib ki, abadlıq-quruculuq işləri çərçivəsində Xətai rayonunda da müxtəlif tədbirlər görülür.

Onun sözlərinə görə, sözügedən ərazidəki tiklilər paytaxtın estetik görkəminə xələl gətirirdi.

Qurum rəsmisi qeyd edib ki, Kamandar Əhmədov və Həmid Abbasbəyli küçələrindəki qəzalı vəziyyətdə olan evlər də sökülür.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti