Xəzər Xəbər

Bölgələrdə baş verən zəlzələlərin paytaxta təsiri varmı? – AÇIQLAMA VİDEO

Veb TV | 21:18 • 28 İyun 2024
Bölgələrdə baş verən zəlzələlərin  paytaxta təsiri varmı? – AÇIQLAMA

Bu gün səhər saatlarında Lerik rayonu ərazisində maqnitudası 5 olan zəlzələ qeydə alınıb.

Xezerxeber.az-ın xəbərinə görə, Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, ocağının dərinliyi 18 km olan təkan episentrdə 5 bala yaxın, ətraf rayonlarda - Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı və Cəlilabadda 4 bal, digər rayonlarda isə 3 bal gücündə hiss olunub.

Ərazidə yaşan sakinlər arasında zəlzələnin güclü olduğunu deyənlər də var, yüngül təkanlar hiss etdiyini deyənlər də.

Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bildirib ki, cənub zonasının bütün rayonlarında hiss olunan zəlzələ qorxulu deyil. Hətta baş verə biləcək ən güclü təkan elə bu gün səhər olan idi.

Qurban Yetirmişli onu da qeyd edib ki, ölkədə ciddi dağıntılara səbəb ola biləcək zəlzələ gözlənilmir.

Onun sözlərinə görə, Xəzər dənizində baş verən təkanlar hər an paytaxt ərazisinə təsir edə bilər. Lakin dənizdəki ocaqların da dərində yerləşməsi və şəhərdən uzaq məsafədə olması onu deməyə əsas verir ki, dağıdıcı fəsadlara səbəb ola biləcək zəlzələ gözlənilmir.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti