Xəzər Xəbər

Gəncədə lift problemi - nə köhnə lift işləyir, nə də yenisi qoyulur VİDEO

Veb TV | 21:00 • 28 İyun 2024
Gəncədə lift problemi - nə köhnə lift işləyir, nə də yenisi qoyulur

Gəncədə əsasən keçmiş hərbi qulluqçuların yaşadığı doqquzmərtəbəli binanın sakinləri liftin 3 ilə yaxındır ki, işləməməsi səbəbindən dilə gəliblər.  

Xezerxeber.az-ın xəbərinə görə, bina sakinləri deyir ki, pilləkənlərlə qalxıb-düşmək xeyli çətinlik yaradır.

Binanın lift probelmi təxminən 3 il əvvəl başlayıb. Həmin vaxta qədər işləyən və istismar müddətini başa vuran liftlərin dayandırılması ilə.

Gəncə Lift İstismar İdarəsindən “Xəzər Xəbər”ə bildirildi ki, bina Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin balansında olduğundan məsələ bu çərçivədə həll olunmalıdır.

MN-in sözügedən idarəsinin Gəncədəki Mənzil istismar sahəsindən isə bildirildi ki bununla bağlı müvafiq sənədləşdirmə işləri aparılıb və aidiyyatı üzrə göndərilib.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar