Xəzər Xəbər

Milli Məclis buraxılmazdan əvvəl ÖNƏMLİ QƏRARLAR VERDİ VİDEO

Veb TV | 22:00 • 28 İyun 2024
Milli Məclis buraxılmazdan əvvəl ÖNƏMLİ QƏRARLAR VERDİ

Azərbaycanda qohum evlilikləri qadağan olunub.

Xezerxeber.az xəbər verir ki, parlamentin bu gün keçirilən növbədənkənar iclasında "Ailə məcəlləsi"nə dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Əmi, xala, bibi və dayı uşaqlarının evliliyini qadağan edən qanun üçüncü oxunuşda təsdiqlənib.

Nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına yol verən hal da aradan qaldırılıb. Layihəyə əsasən nikah yaşınının  1 ildən çox olmayaraq azaldılmasına icazə verilməyəcək. Bundan başqa yetkinlik yaşına çatmayan şəxslər barəsində dini kəbinkəsmə edən şəxlər barəsində inzibati həbs tətbiq olunacaq. Fiziki şəxlər 1000 manat məbləğində cərimə ediləcəklər.

16 yaşına çatmayan şəxsin erkən evliliyini təşkil edən valideynlər də cəzalanacaqlar. Onlar üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaqlar.

Müzakirələrdə digər məsələlərə də toxunulub. Millət vəkili Fazil Mustafa müəllimlərin sertifikasiyasına toxunub.

Növbədənkənar sessiya bağlı elan edildikdən sonra VI çağırış Milli Məclis işini yekunlaşdırıb.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar