Ölkədə satılan kərə yağlarının qiyməti bahalaşıb.
Xezerxeber.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, yanvar ayında yerli kərə yağının 1 kiloqramının orta aylıq pərakəndə satış qiyməti 18,91 manat idisə, may ayında bu rəqəm 19,36 manata çatıb.
İqtisadçı ekspert Xalid Kərimli deyir ki, Avropada heyvandarlıqda məhsuldarlığın azalması səbəbindən süd məhsulları bahalaşıb.
Ekspert yaxın gələcəkdə qiymətlərin artıb-artmayacağı məsələsinə də toxunub.
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.