Xəzər Xəbər

Qarabağda tullantıların təkrar emalı infrastrukturu YARADILIR VİDEO

Veb TV | 21:22 • 27 İyun 2024
Qarabağda tullantıların təkrar emalı infrastrukturu YARADILIR

Qarabağda tullantıların yığılması, çeşidlənməsi və təkrar emalı mümkün olacaq..

Xezerxeber.az xəbər verir ki, Ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev "Yaşıl dünya naminə həmrəylik: Dayanıqlı gələcək üçün tullantıdan dəyərə" adlı Beynəlxalq Forumda çıxışı zamanı bildirib ki, təkrar emal infrastrukturunun yaradılması məqsədilə Regional Strategiya hazırlanıb.

Nazir həmçinin tibbi tullantıların düzgün idarə olunmasına da diqqət çəkib.Bildirib ki, Tibbi tullantılar ətraf mühit və insan sağlamlığı üçün ciddi təhlükə yarada bilər. Buna görə də belə tullantıların toplanması, çeşidlənməsi, daşınması və zərərsizləşdirilməsi üçün müasir metodları və texnologiyaları tətbiq etməliyik.

Onu da deyək ki, forumun əsas məqsədi tullantıların "qapalı zəncir"lə idarə olunmasının təşviqidir. Bunun üçün beynəlxalq təcrübədən də istifadə olunur.

BMT Baş katibinin müavini və BMT ətraf mühit proqramının icraçı direktoru İnger Anderson COP29-la bağlı keçirilən brifinqdə Xəzər dənizinin qurumasına diqqət çəkib.

Bu sahədə lahiyələr həyata keçirilsə də görüləcək işlər çoxdur deyə BMT baş katibinin müavini vurğulayıb.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti