Bu gün müzəffər Azərbaycan ordusunun bayramıdır... Ali Baş komandanın, hər bir zabitin, əsgərin,, hər bir ordu mənsubunun bayramıdır....
Yalın əllərlə Şuşa qayalarına dırmanan, ürəyində vətən alovu yanan Azərbaycan kişisinin...
Ən çox da ordusu ilə sonsuza qədər qürur duyacaq Azərbaycan xalqının, o oğulların analarının, atalarının bayramıdır....
Hətta Qarabağ qələbəsi ilə əsrlər sonra zəfəri dadan Türk dünyasının bayramıdır.
Bu bayramı bizə yaşadan canını vətən və xalq uğrunda verməyə hər an hazır olan Azərbaycan piyadasıdır, komandosudur, xüsusi təyinatlısı, pilotu, dənizçiləri, sərhədçiləri, ömrünü-gününü dağda-düzdə keçirən fəxrimiz hərbçilərimizdir.
Bəli. Biz o şanslı xalqlardanıq ki, ordumuzla, hərbçilərimizlə qürur duyuruq.
Çünki bu, o ordudur ki, 30 il ərzində möhkəmlənmiş səddi yararaq 44 günün hər birində bir qələbə dastanı yazdı...
Bunu dünya gördü...
30 il əvvəl hərc mərcliyin, xaosun hökm sürdüyü bu ordu qısa zamanda elə gücləndi ki, əməliyyatları böyük dövlətlərin hərb dərslərində keçildi.
Bu o ordudur ki, içində bir neçə şəhər olan böyük ərazini əhatə edən Qarabağı cəmi bir neçə saatlıq antitterror əməliyyatı ilə azad etdi.
Bu o ordudur ki, dünyanın ən böyük güclərinə nümunədir.
Bir mülki şəxsin burnu qanadımı o əməliyyatlarda? Bir mülki obyekt səhvən vuruldumu?...
Odur ki, hərbi əməliyyat elə Azərbaycan ordusundan öyrənilər.
Bəli. Azərbaycanın qəhrəman hərbiçilərinə cəmi bir neçə saat bəs etdi ki, illərlə bağrımızda kök salan separatçı yuvasını göyə sovursunlar. Torpağımızı bütöv, dövlətimizi suveren, başımızı dik etsinlər. Qoy həmişə başınız dik, canınız sağlam olsun, Qarabağı bizə, bizi Qarabağa qaytaranlar, Bayramımız mübarək!
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.