Bakıda sərnişinlərlə avtobus sürücüsü arasinda yenə gərginlik yaşanib.
Xezerxeber.az xəbər verir ki, görüntülər 50 nömrəli marşrut üzrə hərəkət edən avtobusdan qeydə alınıb. Sürücü iddia edib ki, “Bakıkart” üçün nəzərdə tutulan aparat işləmir.
Nağd pul tələb edən sürücüyə "pul vermirəm", - deyə cavab verdiyi üçün sərnişinlə sürücü arasında gərginlik başlayıb.
Paytaxtın Suraxanı rayonu Yeni Günəşli qəsəbəsinin sakinləri ərazi üzrə təyin edilmiş 50 nömrəli marşrut avtobuslarının xidmətindən narazıdırlar. Sərnişinlər qeyd edirlər ki, avtobuslar 30-40 dəqiqə intervalla hərəkət edir… Videogörüntüləri yerində araşdırmaq məqsədilə yollandıq 50 nömrəli avtobusların dayanacağına.
Gecikmə məsələsinə gəldikdə isə sərnişinlər deyirlər ki, mütəmadi olmasa da, avtobuslarda bəzən gecikmələr müşahidə edilir.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov bildirdi ki, məsələ araşdırılıb.
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.