Təmirə bağlanan küçədə köhnə asfalt qatının qaşınması yekunlaşıb.
Xezerxeber.az xəbər verir ki, söhbət paytaxtın Xətai rayonu Afyəddin Cəlilov küçəsindən gedir. Ötən gündən bu yol nəqliyyatın hərəkətinə tam bağlanıb. Bu səbəbdən də 8 noyabr prospketi ilə hərəkət edən sürücülərin işi bir qədər çətinləşib.
Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyir ki, uzun müddət idi təmir olunmadığından yolun əsaslı təmirə bağlanması zərurəti yaranıb.
Hərəkətin intensiv olduğu yol nəqliyyatın hərəkətinə nə zaman açılacaq?
Qurum tərəfindən sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.