Lənkəranda 90 yaşlı qadın yanaraq ölüb.
Xezerxeber.az xəbər verir ki, hadisə rayonun Girdəni kəndində baş verib.
2 mərtəbəli, 16 mənzilli yaşayış binasında yanğınla bağlı Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinə məlumat daxil olub. Dərhal əraziyə Fövqəlada Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri, texnika və canlı qüvvəsi cəlb olunub. Yanğı söndürülən zaman mənzildə 90 yaşlı Əcəbnaz Əsgərovanın meyiti aşkar edilib.
Hadisə nəticəsində ümumi sahəsi 35 m² olan 2 otaqlı mənzilin yanar konstruksiyaları yanıb. Digər mənzillər yanğından mühafizə olunub. Hadisə yerinə hüquq-mühafisə orqanlarının əməkdaşları baxış keçirib.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.