2025-ci ilin sonuna qədər bütün şəhid ailələri və qazilər mənzillə təmin olunacaq.
Xezerxeber.az xəbər verir ki, bunu sözləri parlamentin növbədənkənar plenar iclasında Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev deyib.
İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə yetkinlik yaşına çatmayan şəxslər barədə dini kəbinkəsmə ilə bağlı sanksiyalar da müəyyənləşir. Müzakirələr zamanı Millət vəkili Fazil Mustafa bildirib ki, "dini kəbin" ifadəsi qanunda istifadə edilməməlidir.
Ailə Məcəlləsinə təklif olunan dəyişiklikliyə görə isə nikahın bağlanması ilə bağlı daha bir hal müəyyənləşir. İkisindən biri və ya hər ikisi Azərbaycan ərazisində qanunsuz olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında nikahın bağlanmasına yol verilməyəcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
Millət vəkili Ceyhun Məmmədov isə ötən gün silahlı insident nəticəsində qətlə yetirilən polis əməkdaşlarının qətlinə diqqət çəkib. Bildirib ki, əhalidə olan qanunsuz silahlarla da bağlı sərt addımların atılmasına və tədbirlərin həyata keçirilməsinə ciddi ehtiyac var. Deputat illər öncə Azərbaycanda ləğv olunmuş ölüm hökmünə də toxunub.
İclasda "2024-cü il dövlət büdcəsi haqqında" qanuna dəyişiklik layihəsi III oxunuşda qəbul edilib. Dövlət büdcəsinin gəlirləri 36 milyard 353 milyon manat proqnozlaşdırılır.
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.