Hərbi xidmətdən yeni qayıdan qardaş öz doğma qardaşını bıçaqlamaqda şübhəli bilinir.
Xezerxeber.az xəbər verir ki, hadisə Sumqayıtda baş verib.
Şəhər sakini, 21 yaşlı Sənan Babayevin aralarında yaranmış münaqişə zəminində qardaşı, 20 yaşlı Sədan Babayevə bıçaqla xəsarətlər yetirdiyi bildirilir. Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Qonşular əvvəllər qardaşlar arasında mübahisənin şahidi olmadıqlarını bildirirlər. Dediklərinə görə, bu hadisə onlar üçün də gözlənilməz olub.
Sumqayıt Tibb Mərkəzindən "Xəzər Xəbər"ə bildirilib ki, Təcili Tibbi Yardım Xəstəxanasına sol çanağın açıq yarası diaqnozu ilə 20 yaşlı şəxs daxil olub. Ona zəruri tibbi xidmətlər göstərilib və cərrahi əməliyyat olunub. Hazırda Cərrahiyyə şöbəsində müalicəsi davam etdirilir.
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.