İnternet verilməsi məhdudlaşdırılıb, telefon nömrələri və paylayıcı cihazların dəyişdiriləcəyi bildirilib. Bunun üçün isə sakinlərdən nə az, nə çox düz 140 manat ödəniş tələb olunub..
Xezerxeber.az xəbər verir ki, bu iddia ilə Göygöl rayon Səbuhi Hacıyev küçəsi 78 ünvanında yaşayan şikayətçi Ofelya Əlizadə çıxış edib.
Qaynar xəttimizə müraciət edən xanım deyir ki, Göygöl rayon telekommunikasiya Qovşağından şifahi şəkildə sakinlərə bildirilib ki, mənzillərdəki köhnə telefon nömrələri dəyişdirilir və internet cihazları da yeni və daha sürətlisi ilə əvəz olunur.
Ofelya Əlizadənin sözlərinə görə, bəzi sakinlər xətlərin yenilənməsi üçün razılıq da veriblər. Təbii ki internet sürətinin artacağı ümidi ilə ...
Amma bu dəfə də gözləntilər özünü doğrultmayıb.
Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinə sorğu ünvanladıq. İnternet xətlərinin yenilənməsi prossesinin hansı qaydada aparıldığını, həmçinin bunun üçün vətəndaşlardan ödəniş tələb edilib-edilmədiyini dəqiqləşdirməyə çalışdıq. Ancaq reportajın hazırlandığı müddət ərzində suallarımıza hər hansı cavab almaq mümkün olmadı.
Daha ətraflı videomaterialda: