Çimərlik mövsümü yaxınlaşır, monitorinqlər artıq başa çatıb.
Xezerxeber.az-ın məlumatına görə, havalar isinən kimi insanların istirahət üçün üz tutduğu məkanlardan biri də çimərliklərdir. Bu məqsədlə aprel ayından etibarən sahilboyu ərazilərdə aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə monitorinqlər keçirilib ki, onlardan biri də çimərlik üçün təhlükəsizlik baxımından istifadəyə yararsız və təhlükəli ərazilərin müəyyən olunmasıdır.
FHN-in kiçik həcmli gəmilərə nəzarət və sularda xilasetmə dövlət xidmətinin icimaiyyətlə əlaqələr şöbəsinin böyük inspektoru Fərid İlhamoğlu "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, vətəndaşların suda təhlükəsizliyinin təmin edilməsi məqsədilə başlanan monotirinqlər artıq başa çatıb və təhlükəli ərazilərə xəbərdaredici lövləhər quraşdırılıb.
O qeyd edib ki, bu ayın əvvəlindən etibarən sualtı müayinələrə də başlanıb və proses iyun ayının 10-na qədər yekunlaşacaq.
Fərid İlamoğlu bildirib ki, təmsil etdiyi xidmətin balansında olan xilasetmə texnika və vasitələri, o cümlədən dalğıc-axtarış əməliyyatlarında istifadə olunan avadanlıqların texniki vəziyyəti də nəzərdən keçirilib. İyun ayının 15-dən etibarən isə xidmət gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.