Son günlərdə heyvan bazarında qiymət artımı müşahidə edilir. Təsərrüfat sahibləri bunu Qurban Bayramının yaxınlaşması ilə əlaqələndirirlər. Bahalaşma isə əsasən xırdabuynuzlu heyvanlarda özünü göstərir.
Xezerxeber.az-ın xəbərinə görə, Ağdaş bazarındakı satıcılar deyir ki, damazlıq eyvanların diri satışında nisbətən ucuzlaşma olsa da, ətlik mal-qarada son 1 həfətədə 40-100 manat arasında artım baş verib.
İsmayıllıda yaşayan təsərrüfat sahibləri də hazırda bazar qiymətlərinin pərakəndə satışdan baha olduğunu deyirlər.
Diri çəkidə heyvan qiymətlərinin bahalaşması ətə də təsirsiz ötüşmür. Qəssablar hazırda qiymət artımının olduğunu, qurban bayramı ərəfəsində isə daha çox bahalaşma gözləndiyini bildirirlər.
İqtisadçı Xalid Kərimli isə istər heyvanların diri çəkisində, istərsə də ətin qiymətində artımın müxtəlif səbəblərdən əmələ gəldiyini deyir.
Xalid Kərimlinin sözlərinə görə, heyvan bazarındakı vəziyyəti tələb-təklif formalaşdırır. Bu səbəbdən də ətin bahalaşmasının qarşısını almaq üçün hər hansı təsir üsulu yoxdur. Elə buna görə də Qurban Bayramı ərəfəsində bahalaşmanın olacağı gözləniləndir.
Daha ətraflı videomaterialda: