Qohum evliliyindən irsi və genentik xəstəliklə doğulan uşaqların sayı artır.
Xezerxeber.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, belə evliliklərin əksəriyyəti rayon və kəndlərdə baş tutur.
Bəli, qohum olmayan evliliklərdə də xəstəliklə uşaq dünyaya gələ bilər lakin, belə uşaqlar 2-4 faizdirsə, qohumluq olanda bu göstə rici 4-8 faizdən çox olur.
Millət vəkili Rəşad Mahmudovun sözlərinə görə, günümüzdə qohum evliliyindən yaranan fəsadlarla bağlı nə qədər danışılsa da qonşu ölkələrlə müqayisə də bu hallar ölkəmizdə daha çox olmaqda davam edir.
Əlavə olaraq, qohum evliliklərində əlil uşaqların doğulması riski yad şəxslərin evlilikləri ilə müqayisədə iki dəfə yüksəkdir.
Mütəxəssislər düşünür ki, bunun üçün həm də qanunvericilik sərtləşdirilməli, baba və nənələri eyni olan şəxslərin nikahı qadağan edilməlidir.