Uzun illər keçməsinə baxmayaraq, kiçikdən-böyüyə hər kəsin sevə-sevə izlədiyi "Ögey ana" filmi (1958-ci il) Azərbaycan tamaşaçısının yaddaşında silinməz iz qoyub.
İsmayıllının Buynuz kəndində filmin bir hissəsinin çəkildiyi yerə üz tutanların sayı bu gün də kifayət qədərdir.
"Ögey ana" filminin digər hissələrinin çəkildiyi Qalacıq-İstisu kəndində isə filmə xatirə abidəsi quraşdırılıb. Abidə filmdəki itburnu çiçəyinin yerində qurulub.
Sakinlər bu ərazinin yerli turistlərdə böyük maraq oyatdığını bildirirlər.
O da qeyd edilib ki, filmdə lentə alınan dağların partladılması kadrları elə kəndə yol çəkilişi zamanı görülən işlərdir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.